​“Qarabağ” - “Şerif” oyununun hakimləri məlum oldu

Baxış sayı:
832

Avqustun 30-da Bakıda, Tofiq Bəhramov adına stadionunda Avropa Liqasının pley-off raundunda Azərbaycanın “Qarabağ” və Moldovanın “Şerif” komandaları arasında cavab matçı keçiriləcək.
Cavab matçını makedoniyalı hakimlər briqadası idarə edəcək. Bu görüşün baş hakimi makedoniyalı Aleksandr Stavrev olacaq. Ona Maryan Kirovski, Deyan Kostandinov və Dimitar Mekarovski kömək edəcəklər.
Qeyd edək ki, görüş Bakı vaxtilə saat 21:00-da başlanacaq.
Xatırladaq ki, ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə məğlub olub.