“Qarabağ” stadionunu dəyişir
20-06-2019 16:08
Baxış sayı:
11902

“Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələləri çərçivəsində oyunlarını “Dalğa Arena”da keçirəcək. Ağdam klubu məlumat yayıb ki, “Qarabağ” I təsnifat mərhələdə “Partizani“ (Albaniya) klubunu və II mərhələyə yüksələcəyi təqdirdə növbəti rəqibini məhz bu stadioda qəbul edəcək. Bildirilib ki, buna səbəb 21-27 iyul tarixləri arasında ölkəmizdə Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsidir. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.