​Qasırğa azərbaycanlıların şəhərinə ziyan vurdu

Baxış sayı:
4192

Gürcüstanda iyunun 5-də yağan güclü leysan yağışları və qasırğa yenidən ciddi fəsadlar yaradıb.
Muxalifet.az xəbər verir ki, güclü külək paytaxt Tiflisdə, Rustavi və Marneuli rayonu ərazisində problemlərə səbəb olub. Ağaclar və elektrik dirəkləri sınıb, qərb bölgəsində çaylar daşıb. Kür çayında suyun səviyyəsi qalxıb və suyun çirkliliyi artıb.
Marneuli rayonunun Sadaxlı kəndinə daha ciddi ziyan dəyib.
Külək ağacları kökündən qoparıb, kənddə bir neçə evə və avtomobilə ziyan dəyib.