Qaxda ağır qəza: 2 ölü, 5 yaralı
5-03-2018 22:02
Baxış sayı:
5056

Qax rayonunun Alatəmir kəndində "Volksvagen" markalı avtomobillə VAZ-21011 markalı minik maşını toqquşması nəticəsində 2 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, Qax rayonunda ağır yol qəzası baş verib. Hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndində qeydə alınıb.