Qaxda hamilə qadını döydülər, boğmaq istədilər
26-08-2019 15:24
Baxış sayı:
8800

Qax rayonunun Turaclı kəndində hamilə qadın ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. İlkin məlumatda qadının özünə xəsarət yetirdiyi bildirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, xəstənin başının müxtəlif nahiyələrində travmalar, boğazında boğulma izləri olub. Bildirilib ki, xəstəxanaya gətiriləndə xəstənin huşu özündə olmayıb. Müayinə zamanı qadının iki aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu qayıdıb.
Qadın hazırda reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, hamilə qadın bir neçə gün əvvəl ailə münaqişəsinə görə atası evinə qayıdıb.