​"Qəbələ" "Herta" səddini keçə bilmədi

Baxış sayı:
4753

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II mərhələsində cavab oyununa çıxıb.
Muxalifet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Almaniyada "Herta" ilə üz-üzə gəlib. Berlin şəhərində "Vurfplats" stadionunda təşkil edilmiş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ" bu nəticədən sonra UEFA Gənclər Liqasındakı çıxışını başa vurub.
Qeyd edək ki, bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda "Herta” 3:1 hesabı ilə qələbə qazanıb.