Qəndil BARONLARINI ŞOKA SALAN RƏQƏM!

Baxış sayı:
4297

Türkiyə təhlükəsizlik qüvvələrinin əməliyyatlarında çox sayda terrorçunun zərərsizləşdirilməsi və terrorçulara qoşulmaq üçün dağa çıxanların azalması separatçı terror təşkilatı PKK-nı dağılma nöqtəsinə gətirib.
 
Ölkə daxilində terrorla mübarizəni fasiləsiz davam etdirən təhlükəsizlik qüvvələri, PKK-lı terrorçulara nəfəs almağa belə imkan vermir.
Əməliyyatlarda öldürülənlərin yerinə yeni kadr təmin etməkdə çətinlik çəkən separatçı terror təşkilatı cərgələrinə 2016-da 686, 2017-də 152 terrorçu qatılarkən, bu say 2018-in ilk aylarında 43-ə enib.
Çətinliyə düşən separatçı terror təşkilatının təzyiq və zülmündən xilas olmaq istəyən terrorçular isə çarəni qaçmaqda tapır.
Bu çərçivədə 2016-da 466, 2017-də 429 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
İlin əvvəlindən bu günə qədər isə təşkilatdan qaçaraq təhlükəsizlik qüvvələrinə sığınan terrorçuların sayı isə 115-ə çatıb.
Müxalifət.az