Qəndildən gələn terrorçubaşları Afrindən qaçdı: ƏSƏD YARDIM ETDİ
17-03-2018 10:24
Baxış sayı:
4756

Terror təşkilatı PKK/PYD-nin Qəndildən gələn terrorçubaşlarını Əsəd rejiminin hazırladığı avtobuslarla Afrindən qaçırmağa başladığı bildirilib.
Dünən gecə saat 21.00-da Afrindən tək-tək mülki avtomobillərlə qaçıb Basutaya gələn PKK terror təşkilatı liderləri, buradan da Nebleyə və daha sonra Muşa hərbi şəhərciyi yaxınlığında yerləşən Tel Şair kəndinə gediblər.
Basutadan ayrılan ikinci qrup terrorçu liderləri isə, Tel Rifatı keçərək Fafin kəndinə gedib. Tel Şair və Fafin kəndlərində toplanan terror təşkilatı PKK/PYD liderlərinin buradan Əsəd rejiminin hazırladığı avtobuslarla Raqqaya aparılacağı qeyd edilib.
Müxalifət.az