QƏNDİLİN DƏHŞƏTLİ PLANI AŞKARA ÇIXDI - NOVRUZDA...

Baxış sayı:
3772

Xainlərin axırıncı planı Novruz bayramı günlərində küçələrdə qarışıqlıq salmaq imiş
Muxalifət.az xəbər verir ki, Türkiyənin Afrində küncə sıxışdırdığı terrorçular son çarə olaraq təxribatlara əl atmaq qərarına gəliblər. HDP-dən sonra Qəndildən də Novruz günlərində küçələri yandırıb-yıxmaq çağırışı gəlib.
PKK terror təşkilatının rəhbərlərindən olan Cemil Bayık, PKK terror təşkilatının Afrində küncə sıxışdırılan Suriya şaxəsi olan PYD-ni dəstəkləmək üçün xalqı Novruz günlərində küçələrə tökülüşüb qarışıqlıq yaratmağa çağırıb. Qanla bəslənən terrorçular küçələrdəki xaos vasitəsilə “Zeytun budağı” əməliyyatına əngəl ola, Afrində verdikləri böyük itkiləri unutdura biləcəklərini düşünürlər.
Ötən günlərdə “Novruz bayramı proqramı” adı altında açıqlama verən HDP həmsədri Pervin Buldan HDP-nin “bayram tədbirləri”nin martın 21-nə qədər davam edəcəyini bildirdikdən sonra, sözü “Zeytun budağı” əməliyyatına gətirmişdi. Buldan demişdi: “Novruz tədbirlərində Afrində aparılan əməliyyata qarşı bir daha etirazımızı bildirəcəyik”./Hurriyyet.org