Qəndilin “önəmli” TERRORÇUSU SURİYADA ÖLDÜRÜLÜB

Baxış sayı:
3454

Suriyanın şimalındakı Eyn İsa-da baş verən partlayışda 3-ü Qəndil heyətindən olmaqla, toplam 8 terrorçu öldü, 11 terrorçu yaralanıb. Ölənlər arasında terror təşkilatı YPG-nin qərb cəbhəsinin komandanı Şivan Feraşin də var.
 
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Suriyanın şimalında yerləşən Eyn İsa-da baş tutat partlayışda 3-ü Qəndil heyətindən olmaqla, 8 təşkilat mənsubu öldü, 11 təşkilat mənsubu yaralanıb.
 
ONU SƏSSİZ-SƏMİRSİZ BASDIRDILAR
 
Ölənlərdən birinin YPG-nin qərb cəbhəsi komandanı Şivan Feraşin adlı Qəndil mənşəli təşkilat mənsubu olduğu və Res al Aynada səssiz-səmirsiz basdırıldığı müəyyən edilib. Digər Qəndildən olan 2 təşkilat üzvünün cəsədlərinin isə hələ də Ayın İsa xəstəxana meyitxanasında olduğu bildirilir.
Müxalifət.az