Qobuda kanalizasiya quyularının qapaqlarını oğurlayanlar tutulub
27-02-2019 22:25
Baxış sayı:
6007

Qobuda kanalizasiya xətti quyularının qapaqlarını oğurlayanlar tutulub.
Muxalifet.az bildirir ki, DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də Qobu qəsəbəsi ərazisindəki kanalizasiya xətti quyularının 7 qapağını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Yusibov və əvvəllər məhkum olunmuş R.Soltanov saxlanılıblar.