Qərb buna görə təlaşa düşür - TÜRKİYƏ BÜTÜN DÜNYADAN FƏRQLƏNƏCƏK

Baxış sayı:
3760

Yeni hava limanı hazırdır

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirinin müavini Suat Hayri Aka, ölkənin 3-cü Havalimanının hazır olduğunu bəyan edib.

Suat Hayri Aka prezident Ərdoğanın fevralın 26-da həyata keçirilməsi nəzərdə tutulan, lakin təxirə salınan hava səfərinin nə zaman baş tutacağı ilə əlaqədar sualın cavabında yoxlama uçuşunun ötən həftə keçirildiyini xatırladıb və deyib: “Hazırda sınaqlar keçirilir. Yoxlama uçuşları, elektronik testlər keçirilir. Təyyarələr daim enir və qalxırlar. Hava limanındakı cihazların düzgün işləyib-işləmədikləri yoxlanılır.

Təqribən bir aylıq daimi sınaqlardan sonra hesabat çıxacaq. Sınaqların nəticəsi çıxmadan da, hörmətli prezidentimizin təyyarəsi nə vaxt istəsə, hava limanımıza enə bilər. Başımız üzərində yeri var”.

Prezident R.T.Ərdoğanın fevralın 26-da Afrikaya səfərindən əvvəl 3-cü hava limanına uçuş planlaşdırılmışdı. Lakin meydandan tikinti işlərinin davam eləməsi və enişi təhlükəsiz hala gətirən sistemlər tam sazlanmadığı üçün uçuş ləğv edilmişdi.

Ötən həftə keçirilən nəzarət uçuşunda Dövlət Hava Meydanları İdarəsinin “Cessna Citation XLS” tipli uçuşa nəzarət təyyarəsi, ilk uçuşunu həyata keçirmiş, hava limanının uçuş-eniş zolağının yararlı olduğunu təsdiq eləmişdi.