Qərbi Azərbaycanda bir qrup terrorçu məhv edildi
10-06-2018 10:13
Baxış sayı:
1981

İranın Qərbi Azərbaycan əyalətində terrorçular və SEPAH arasında atışma olub. Hadisə nəticəsində 7 terrorçu zərərsizləşdirilib. Onlardan bir neçə nəfəri öldürülüb.
SEPAH-ın "Həmzə Seyyduş-Şühəda" quru qoşunları qərargahının yaydığı məlumata görə, cümə axşamı bir qrup terrorçu İraqın şimalından İran ərazisinə soxulmağa cəhd edib. SEPAH-ın müdaxiləsi nəticəsində cəhdin qarşısı alınıb.
Oşnəviyə sərhəd keçid məntəqəsi yaxınlığında zərərsizləşdirilən terrorçulardan xeyli sayda silah götürülüb.
SEPAH üzvlərindən xəsarət alan olmayıb(apa).