Qərbin əsl üzü - ANALİZ

Baxış sayı:
5242

"Haber 7"nin köşə yazarı Taha Dağlı Misirdə 9 gənc edam edildikdən 3 gün sonra dövlət çevrilişi edən Sisinin yanına qaçaraq dəstəklərini nümayiş etdirən Qərbin əsl üzünü göstərib. Həmin yazını saytımızın oxucularına təqdim edirik:

"Avropalı liderlər Misirdə 9 gənc edam edildikdən 3 gün sonra çevrilişçi Sisi-nin yanına qaçaraq dəstəklərini təqdim etdi. Əslində bu Qərb ilə Misirdəki çevrilişçi qatillər arasınada münasibətlərdə bir ilk deyildi.
Eyni vəziyyət 2013-də Misirdə çevrilişin ilk günlərində də baş vermişdi.
Misir dövlət çevrilişi 3 iyul 2013-də oldu. Çevriliş əleyhinə olan minlərlə adam qətlə yetirildi, minlərlə də həbsə atıldı.
İyulun 29-da Qahirənin bir qonağı vardı.
Aİ-nin Xarici Əlaqələr Üzrə Ali Nümayəndəsi Ketrin Eşton Qahirəyə gedib, Sisi-ni qanuniləşdirən ilk görüşü keçirdi.
Eştondan bir neçə gün sonra isə ABŞ-ın dövlət katibi Con Kerri Qahirədə Sisi ilə bir araya gəldi.
Bəs Sisi ondan sonra nə etdi?
14 avqustda, yəni o iki ziyarətdən 2 həftə sonra Rabia Meydanına hücum edib, ən az 2200 adamı daha qətlə yetirdi.
Sonrası məlumdur, Sisi illərdir Avropa paytaxtlarında qırmızı xalçalarla qarşılanır.
15 iyul 2016-da Türkiyədə çevriliş cəhdi başlayanda Qərb təbrik hazırlığı edirdi.
Çevriliş baş tutmayınca bütün Aİ qurumları və ABŞ süd tökmüş pişiyə döndü.
Dövlət çevrilişi edənlər 250-dən çox insanımızı qətlə yetirdi, məclis bombalandı, aylarla səsləri çıxmadı.
Nə zaman ki, Türkiyədə çevrilişçilərə edam mübahisələri başladı, Aİ ortaya çıxdı.
"Edam qırmızı xəttimizdir" deyildi, "Türkiyədə edam cəzası qayıdarsa, bütün əlaqələrimiz kəsilir" - deyə təhdidlər başladı.
ABŞ prezidenti Venesuelada öz-özünə and içən bir adamı "dövlət başçısı" elan etdi, rəsmən dövlət çevrilişi etməyə cəhd etdi, çevriliş prosesini də hələ tam sürətlə davam etdirir.
Ancaq ABŞ prezidenti haqqında davam edən və prezidentlikdən uzaqlaşdırmanı nəzərdə tutan istintaq üçün isə "FTB-nin araşdırması rəsmən mənə qarşı edilən qanunsuz bir çevrilişdir" deyir.
ABŞ Venesuelada çevriliş edir, Haitidə isə hökumət əleyhinə nümayişləri yatırmaq üçün bu ölkəyə muzdlu əsgər göndərir. Və Avropanın hamısı Venesueladakı çevriliş cəhdinə dəstək çıxır.
Hər fürsətdə demokratiya, insan haqları, azadlıq deyən Avropa, bunun da Avropadakı ən öncülü olan Hollandiya məsələ Türkiyə olanda, Türkiyənin baş konsulluğuna Türk nazirin gəlməsinə icazə vermir, nazirlərimizi deportasiya edir, buna reaksiya göstərən Türk vətəndaşlarına da at və itlərlə hücum edir.
2017-də İraqın parçalanmasını nəzərdə tutan saxta referendum keçiriləndə Qərb dünyası Bərzaniyə dəstək çıxdı.
1 həftə sonra İspaniyada Katalonlar referenduma keçirməyə çalışdı.
Polis dərhal seçki məntəqələrini basqın etdi, seçki qutularına əl qoydu.
Yüzlərlə Katalonlu həbs olundu, yüzlərcəsi də yaralandı.
12 Katalon lider hələ də həbsdədir.
2013-də “Gəzinti” təxribatı hadisələrində olmayan zorakılığı varmış kimi göstərib, köpükləndirən Qərb mediası, Fransada 15 həftədir davam edən, 15 nəfərin öldüyü, minlərlə insanın yaralandığı, 1000-dən artıq insanın həbs olunduğu, onlarla adamın hədəf qoyularaq üzə atılan plastik güllə və qaz bombaları səbəbiylə kor olduğu polis zorakılığından tək sətir, tək cümlə belə yazmır.
Fransa prezidenti Makron erməni iddiaları üçün anma günü elan etməyi qərara aldı.
Bəs 1994 Ruanda soyqırımı ilə Əlcəzair soyqırımı nə olacaq deyənlərə isə cavab verilmədi.
Fransada terror hücumu olanda bütün dünya "Hamımız Çarliyik” deyə, bütün Qərbli liderlər Parisdə anma mərasimlərinə qoşulur, amma Türkiyədə terror aktı olanda sadə bir pisləmə açıqlaması belə gəlmir.
2 oktyabrda Səudiyyəli jurnalist Camal Qaşıqçı qətlə yetirildi. Cinayətin bütün təfsilatlarını, bütün detallarını Türkiyə ifşa etdi. Jurnalist deyiləndə manqalda kül buraxmayan Almaniya, İtaliya, Fransa, Səudiyyə Ərəbistana silah satışını davam etdirdi. Fransanın müdafiə naziri "o iş ayrı, bu iş ayrı" - dedi.
ABŞ prezidenti Tramp isə əvvəldən bəri "yüz milyardlarla dollarlıq müqavilələrimiz var" deyərək Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə toz qondurmadı.
Suriyada vətəndaş müharibəsi 2011-də başladı. Avropanın tükü də tərpənmədi.
Nə zamankı müharibədən qaçan Suriyalılar 2015-in yazında Avropa qapılarına dayandı, bütün Avropa ölkələri dərhal hərəkətə keçdi, sərhədlər bağlandı, təlaş-stress başladı, o günə qədər 3 milyon Suriyalıya təkbaşına baxan Türkiyəyə təşəkkür belə etməyən Aİ, Suriyalılar mövzusunda başı dərdə girəndə, Türkiyəyə yalvardı, "Bizi Suriyalılardan qoruyun" deyə Türkiyə ilə 3 milyard yevroluq yardım vəd etdi. Saziş bağlandı, Türkiyə öhdəliklərinin hamısını yerinə yetirdi, amma Aİ pul da daxil, müqavilənin 3 maddəsini pozdular.
Bu nümunələr son 3-5 ilə aiddir.
15-20 dəqiqədə bu dediklərimizi daha da çoxaltmaq mümkündür.
Beləliklə, ABŞ və Avropa, Qərbin gerçək üzü tam mənası ilə belədir".

Taha Dağlı,
"Haber 7"

Hazırladı: Müxalifət.az