QRU zabitini Britaniyada kim zəhərləyib? – KLİMENKODAN AÇIQLAMA
7-03-2018 09:20
Baxış sayı:
4327

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsi Rusiyadakı prezident seçkisi ilə bağlı ola bilər.
Bunu “Obozrevatel”ə açıqlamasında rusiyalı ekspert Fyodor Klimenko söyləyib.
“Bilirik ki, Kremldə hakimiyyətdə olan mafioz qrup arasında özlərinə düşmən saydıqları və satqın hesab etdikləri şəxslərə qarşı cinayət işi açılır. Onlar düşmənləri ilə hansısa məqamda danışıqlar aparmağa üstünlük verirlər, satqınları isə məhv edirlər. Siciliya mafiyası kimidir. Ona görə də zamanla xüsusi xidmət orqanları ilə bağlı olan cinayətlər olur”, – deyə o bildirib.
Qeyd edək ki, Skripal Britaniyada zəhərlənərək qətlə yetirilib.
Skripal Rusiyada satqınlıqda ittiham olunurdu.