Qüdsdə növbəti ƏRƏB XƏYANƏTİ

ABŞ, xəyanətkar Körfəz ölkələrinin Fələstin dövlətinin başına gətirmək istədiyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi keçmiş “Fəth” lideri Məhəmməd Dahlan, İsrail üçün Məscid-i Aksa yaxınlığındakı əraziləri satın almağa başlayıb.
“Əl-Cəzirə”-yə açıqlama verən Fələstin İslam Hərəkatının sədr müavini Kamal Hatib, İsrail casusu Dahlanın əmrində olan bir BƏƏ-li iş adamının Qüdsün “Köhnə Şəhər”məhəllələrindəki ev və ərazilərə göz dikdiyini söyləyib. İş adamının Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi Məhəmməd bin Zayedə çox yaxın olduğunu bildirən Hatib, xüsusilə, Məscid-I Aksa yaxınlığındakı binalara çox yüksək qiymətlər təklif edildiyini qeyd edib.
BƏƏ-nin OYUNU
Məscid-I Aksanın yaxınlığındakı bir tikiliyə əvvəl 5 milyon dollar təklif edildiyini, rədd edildikdə isə miqdarın 20 milyon dollara qədər qaldırdığını dilə gətirən Hatib, sözügedən təşəbbüsün BƏƏ-nin yeni bir oyunu olduğunu vurğulayıb. Fələstinli siyasətçi, "Məscid-I Aksanı əlimizdən almağa çalışırlar. Bütün Qüdslülər evlərini satmayaraq İsrail mənşəli BƏƏ-nin yeni oyununa müqavimət göstərməlidir" deyib. Qüdslü dəllallar, şəhərdəki ərazilərin Ərəb vasitəçilərlə İsraillilər tərəfindən satın alınaraq rayonun Yəhudiləşdirilməsinə diqqət çəkir.
Müxalifət.az