QÜDSDƏ ƏZANA QADAĞA!

Baxış sayı:
3658

ABŞ səfirliyinin açılış günündə “bayram” tədbirləri üçün Qüdsdə azan qadağan olunacaq.
 
Qüdsdə açılacaq ABŞ səfirliyinin təbrik tədbiri səbəbiylə Qüdsdə azan qadağan olunacaq.
İsrailin 2-ci kanalının xəbərinə görə, bazar ertəsi günü Qüdsdə açılacaq olan ABŞ səfirliyinin təbrik tədbiri səbəbiylə İsrail polisi Qüdsdə azanı qadağan edəcək.
Eyni xəbərə görə, İsrail təhlükəsizlik qüvvələri təbrik tədbirinin təhlükəsizliyini təmin etmək üçün daha əvvəl bənzəri görülməmiş bir şəkildə ciddi hazırlıqlar və tədbirlər görür.
İsrail təhlükəsizlik qüvvələri təbriklərin olacağı yerə ətdən divar hörəcək, snayperlər yerləşdiriləcək və davamlı vertolyotlar uçacaq.
Xəbərə görə, bundan başqa, Ramazan ayının yaxınlaşması, təhlükəsizlik əməliyyatları, "Böyük fəlakətin" ildönümü və səfirlik açılışı olmaqla, İsrailin qarşısında ağır və çətin bir dövr var.
Müxalifət.az