Qəzaya uğrayan qırıcımızla bağlı RƏSMİ AÇIQLAMA - FOTO
27-07-2019 13:25
Baxış sayı:
6922

Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Muxalifet.az-a bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Hərbi təyyarə Xəzər dənizinə düşüb.
Qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə əməliyyat qərargahı yaradılıb.