Raketlə poza verən TERRORÇU ÖLDÜRÜLDÜ

Baxış sayı:
8767

Türk Silahlı Qüvvələri, Afrinin mərkəzinə addım-addım irəliləyərkən terrorçulara böyük zərbələr vurur. Mülki paltarlar geyinməklə özlərini gizlətmək istəyən terrorçular isə bir-bir öldürülür.
 
TSQ-nin Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD nümayəndələrini zərərsizləşdirmək məqsədilə, 20 yanvarda başladılan “Zeytun Budağı” hərəkatı bütün sürətilə davam edir.
Əməliyyatda 30-cu gün geridə qalıb və TSQ və ASO gücləri addım addım strateji məntəqələri ələ keçirərək, Afrin mərkəzinə doğru irəliləyir.
 
 ABŞ TERRORÇULARIN YANINDA
 
 Böyük itkilər verən terrorçular isə ABŞ və Avropadan dəstək almaq üçün mülki əhali ölümü yalanlarına sığınır. Öldürülən terrorçuları mülki əhali kimi göstərməyə çalışan PKK-lılara isə dəstək başda ABŞ olmaqla, Avropadan da gəlir.
Ötən günlərdə ABŞ-ın sponsorluq etdiyi bir terrorçunun, Amerika istehsalı olan bir paltarla poza verməsi diqqət çəkmişdi.
Bu gün isə o terrorçudan bir xəbər var. Türk Silahlı Qüvvələri, raketlərlə poza verən ABŞ-ın yetirməsi olan terrorçunu məhv edib.

Müxalifət.az