​Ərəb Birliyi bu ölkə ilə əlaqələrini dayandırdı

Baxış sayı:
10948

Ərəb Birliyi İsraildəki səfirliyini Qüdsə köçürən Qvatemala ilə bağlı qərar verib.
Muxalifet.az xəbər verir ki, qərara əsasən, ƏB Qvatemala ilə əlaqələrini dayandırıb.
Bundan əlavə, 2013-ci ildə Qvatemala Xarici İşlər Nazirliyi ilə imzalanan bir anlaşma müqaviləsi də ləğv edilib.
Ərəb Birliyi baş katibinin sözçüsü Mahmud Safi bu gün verdiyi bəyanatda Qvatemala ilə hər cür əməkdaşlığın dayandırıldığını bəyan edib.