Ərəb tayfalarından ORTAQ QƏRAR: “AMERİKAYA ÖLÜM”

Suriyada ABŞ-ın dəstəklədiyi layihə terror təşkilatı PYD/PKK-nın işğalındakı ərazilərdəki yerli əhali terorçuların zülmünə qarşı üsyan edir.
Raqada başlayan PYD əleyhinə etirazlardan sonra Hələbin şərqində yerləşən Deyr Haferdə bir araya gələn Ərəb tayfaları nümayəndələri ABŞ ilə mübarizə aparacaqları ilə bağlı qərar qəbul ediblər. Press TV-nin xəbərinə görə, 70-dən çox tayfa lideri, həyata keçirdikləri zirvə görüşündən sonra verdikləri açıqlamada "Bu gün burada ABŞ və müttəfiqlərini ölkəmizdən qovma qətiyyətimizi göstərmək naminə yığışmışıq. İşğalçılarla mübarizə edəcəyik" deyə, qeyd edilib.
Digər tərəfdən, Deyr Haferdəki toplantıdan sonra Raqqadaki PYD əleyhinə etiraz nümayişlərində ilk dəfə Vaşinqton rəhbərliyi hədəf alınıb. Məlumata görə, Əl Mansura Məscidi qarşısında toplanan nümayişçilər "Amerikaya ölüm" şüarı səsləndiriblər. Pentaqonun yerdəki güc aləti olan PYD terrorçular dərhal nümayişçilərə müdaxilə edərək, onlarla insanı həbs ediblər.
Müxalifət.az