Ərdoğan ABŞ səfirliyinin QÜDSƏ KÖÇÜRÜLMƏSİNƏ NƏ DEDİ?

Baxış sayı:
5677

“CNN İnternational”-ın suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ səfirliyinin Qüdsə daşınması qərarı ilə bağlı suala maraqlı cavablar verib.
 
İSRAİL BƏZİ ŞEYLƏRDƏN MƏHRUM QALACAQ
 
Ərdoğan, ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürülməsi qərarının bölgədə atılan səhv bir addım olduğunu vurğulayıb: “Yəni siz bu anda səfirliyinizi Qüdsə köçürməklə nəyi həll edirsiniz? Belə çıxır ki, siz burada bununla İsrailə özünüzə görə müsbət siqnallar vermək vasitəsilə İsrail rəhbərliyini razı salmaq istəyirsiniz? Əgər məsələ budursa, İsrail başqa şeylərdən də məhrum qalacaqdır, bunları da görməyiniz lazımdır”.
Müxalifət.az