Ərdoğan Merkeli təbrik etdi, daha sonra müzakirələr başladı
15-03-2018 23:54
Baxış sayı:
4129

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, Ərdoğan Merkeli 4-cü dəfə kansler seçilməsi münasibəti ilə təbrik edib. Bundan başqa, Ərdoğan Merkellə ikitərəfli münasibətlər daxil olmaqla, Türkiyə-AB və regiondakı məsələləri gündəmə gətirib.
Qeyd edək ki, Angela Merkel dördüncü dəfə ardıcıl olaraq Almaniyanın kansleri seçilib. Parlamentin iclasında Bundestaqın deputatlarının əksəriyyəti Angela Merkelin AFR kansleri postuna yenidən seçilməsinə səs verib. Səsvermə zamanı 364 deputat onun lehinə, 315 deputat əleyhinə səs verib, 9 deputat isə bitərəf qalıb.