Ərdoğan millət vəkillərinə səsləndi: İncəni məhkəməyə verin!
2-06-2018 20:05
Baxış sayı:
12028

Türkiyə Böyük Millət Məclisinin bütün deputatları Məhərrəm İncəni məhkəməyə versin.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada çıxışı zamanı söyləyib.
“Biz xidmət əhliyik. Cənab incə Yalovaya rahat gedib gəlsin deyə körpü salmışıq. Bu millətə əfəndilik etməyə gəlməmişik. Biz etdiklərimizdən və görəcəyimiz işlərdən danışırıq. Digərlərini isə “yıxacağıq”, “keçmişə qayıdacağıq” deyirlər. Millət vəkillərini oğru adlandırırlar. Bütün millət vəkilləri İncəni məhkəməyə verin”.