Ərdoğan Putinlə görüşdü – İlk açıqlamalar

Baxış sayı:
3736

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiyanın dövlət başçısı Vladimir Putinin Yaponiyadakı G-20 Liderlər Zirvəsi çərçivəsində bir araya gəlib. İki lider görüşdən əvvəl jurnalistlərin suallarını cavablayıb.
 
Ərdoğan ilə Putinin Yaponiyada etdiyi görüş gündəmində ikili əlaqələr, Suriya və enerji mövzuları yer alıb.
 
GÖRÜŞDƏN ƏVVƏL İLK MESAJLAR: S-400-də AXSAMA YOXDUR
 
Görüşdən əvvəl jurnalistlərin suallarını cavablayan Ərdoğan, "Son dövrdə əlaqələrimizdə çox ciddi irəliləyiş əldə etdik. Əməkdaşlığın S-400 razılaşmasıyla irəlilədiyini görürük. S-400-lər mövzusundakı razılaşmamızda hər hansı bir axsama söz mövzusu deyil. Bu anda gözlər bu işin daşınması ilə əlaqədar prosesdədir. Sərbəst viza məsələsində istədiyimiz nöqtədə deyilik" deyib.
Ərdoğan ayrıca, "Akkuyu Nüvə Stansiyasının ilk modulunun 2023-də dövrəyə alınması  və stansiyanın nüvə olmayan vəsaitlərinin Türkiyədən alınması bizim üçün çox əhəmiyyətlidir" deyib.
 
PUTİNN: 6 MİLYON TURİST TÜRKİYƏDƏ 5 MİLYARD DOLLAR XƏRCLƏDİ
 
Putin Rusiya ilə Türkiyə arasındakı ticari əlaqələrinə toxunaraq "2018-də İkili ticarət həcmimiz 15 faiz artdı. 6 milyon turist Türkiyədə 5 milyard dollar xərclədi" deyib.
Müxalifət.az