Ərdoğan Rus sənədli fimində: “GOODBYE AMERİKA”

Baxış sayı:
4459

Türkiyə ilə Rusiya arasındakı yaxınlaşmadan bəhs edən sənədli filmdə, Ərdoğanın oyunu Qərbin qaydalarına görə oynamadığı qeyd olunub.
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasındaki səmimiyyət, Rus mediasının da diqqətini cəlb edib.
Qərbin təzyiqinə baxmayaraq Türkiyənin Rusiya ilə yaxınlaşması, ölkədə sənədli filmlərə mövzu olub.
 
“GOODBYE”, AMERİKA
 
Rusiyada yayımlanan “Zvezda” telekanalında "Rəcəb Ərdoğan Goodbye Amerika" adlı bir sənədli film nümayiş etdirib.
Ekrana gələn görüntülərdə iki liderin səmimiyyətinə xüsusi diqqət verilib.
 
BÖHRAN ARXADA QALDI
 
Jurnalist, kəşfiyyatçı və bəzi politoloqların da şərhlərinin olduğu sənədli filmdə, “Təyyarə” böhranından sonra Ərdoğan ilə Putinin arasının daha da yaxşı olduğu bildirilib.
 
OYUN, QƏRBİN QAYDALARINA GÖRƏ OYNANMIR
 
Prezident Ərdoğanın oyunu artıq Qərbin qaydalarına görə oynamaq istəməməsinin vurğulandığı sənədli filmdə, Türkiyənin ABŞ-dakı qızıl ehtiyatını İngiltərəyə daşıdığı xatırladılaraq, Türkiyənin ABŞ-dan uzaqlaşdığına diqqət çəkilib.
 
ARD-ARDA GÖRÜŞLƏR
 
Mütəxəssislər, prezident Ərdoğanla Putinin təkcə 2017-ci ildə 8 dəfə üz-üzə, 20 dəfə isə telefonla danışdığını deyib.
Müxalifət.az