Ərdoğan-Tramp görüşü başladı: Masada kritik mövzular var
29-06-2019 08:48
Baxış sayı:
3703

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Trampın G-20 Liderlər Zirvəsi çərçivəsində görüşü başlayıb.
Görüşdən əvvəl açıqlama verən Ərdoğan, "Müdafiə sənayesinə yönəlik atacağımız addımlar var. Əməkdaşlığımızın eyni şəkildə davam edəcəyinə inancım tamdır" deyib.
TRAMP: TÜRKİYƏNİN “PATRİOT” ALMASINA OBAMA İCAZƏ VERMƏDİ
S-400 mövzusu ilə bağlı bir suala isə Tramp, "S-400 mövzusu ilə bağlı fərqli həllər ola bilər. Türkiyənin “Patriot” almasına Obama icazə vermədi. Ərdoğan dostcasına əlaqələrim olan bir liderdir. Türkiyəni ziyarət edəcəyəm, tarix dəqiq deyil" deyib.
Müxalifət.az