Ərdoğan-Tramp görüşündən sonra Türkiyədən 'S-400' açıqlaması

Baxış sayı:
4033

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Trampın görüşü ilə bağlı Türkiyə Prezidentliyindən açıqlama verilib. Açıqlamada, "Görüşdə ikili əlaqələr və Suriyadakı son gəlişmələr başda olmaqla, regional məsələlər müzakirə olunmuşdur" deyilib.
 
Açıqlamada, “Hörmətli prezidentimiz ölkəmizin milli təhlükəsizliyinin gərəklərini yerinə yetirmə xüsusundakı qətiyyətini vurğulamışdır, strateji müttəfiqliyimizə zərər verə biləcək səylərlə əlaqədar narahatlıqlarını paylaşmışlar.
Hörmətli Tramp ölkəmizin havadan müdafiə sistemi alışı barəsində ABŞ nəzdindəki cəhdlərinin keçmiş ABŞ rəhbərlikləri tərəfindən rədd edildiyini xatırladaraq mövzunun ikili əlaqələrə zərər verməyəcək bir şəkildə həll edilməsini arzu etdiklərini bildirmişlər.
Müxalifət.az