Ərdoğandan ABŞ-a: Bizi başqa qapı döyməyə MƏCBUR ETMƏYİN
2-06-2018 12:46
Baxış sayı:
11191

ABŞ Türkiyəyə beşinci nəsil F-35 təyyarələrinin tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməlidir.
Muxalifət.az xəbər verir ki, belə bir bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
“Biz deyirik ki, ABŞ bizim strateji tərəfdaşımızdır. Strateji tərəfdaş bizə digər qapıları döyməyi təklif etməməlidir. Bizi Senatın nə dediyi maraqlandırmır. Bizi yalnız F-35-lər maraqlandırır. Bu məsələni ABŞ prezidenti ilə də müzakirə etmişəm. Əgər biz strateji tərəfdaşıqsa, ABŞ hansısa hüquqi səhvlər buraxmamalıdır”, – deyə o bildirib.