Ərdoğandan çağırış: Pullarınızı lirəyə çevirin!
31-05-2018 23:04
Baxış sayı:
1399

Bütün vətəndaşlarımıza çağırış edərək deyirəm ki, ölkə, yaxud sistem xaricində saxladıqları pulları banklara əmanət etsinlər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, lirənin kəskin dəyər itərməsinin qarşısının alınması üçün banklarda digər valyutada olan pulları lirəyə keçirməyə dəvət edib:
“Gəlin, Türkiyənin iqtisadiyyatını valyuta üzərində sarsıtmağa çalışanlara birlikdə dərsimizi verək”.
Qeyd edək ki, son günlər türk lirəsi ABŞ dolları qarşısında kəskin şəkildə dəyərini itirməkdədir.