Ərdoğandan jest: Azərbaycan dilində təbrik - Foto
28-05-2019 23:57
Baxış sayı:
5062

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətiylə təbrik edib.
Muxalifet.az xəbər verir ki, Ərdoğan Feysbuk səhifəsində təbrik mesajını Azərbaycan dilində yazıb.
“Azərbaycan Cümhuriyyətinin yaranmasının 101-ci il dönümünü səmimi arzularımla təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyev qardaşıma öz adımdan və millətim adından sevgi və salamlarımı çatdırıram”, - Ərdoğan qeyd edib.