Ərdoğandan MÜNBİÇ MESAJI

AK Partiyanın Ərzurum Konqresində çıxış edən Türkiyə rezidenti Ərdoğan Afrinin 4-də 3-də nəzarətin saxlandığı müjdəsini verərək, "İdlibdəki müşahidə məntəqələrini təjkim edəcəyik, sonra Münbiçə yönələcəyik” deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan, partiyasının Konqresində çıxış edərkən Münbiç məsələsinə də toxunub: "Amerika Münbiçlə bağlı yeni bir üsul təklif etmişdi. Yeni gələn heyətin necə bir yol tutacağını bilmirik. Amerika Membiçdə niyə vardı? İŞİD-i qovmaq üçün. Hazırda İŞİD varmı? Cənab prezident mənə yox, dedi. PYD/YPG var. Onları 3 ayda çıxardarıq. Amma onlar da çıxmadı. Bunları Fəratın şərqinə göndərin dedik, amma göndərmədilər. Eyni yerdə saxladılar. Biz baş qatmağı qəbul edə bilmərik.Amerika Menbiçi tamamilə azad edərsə, bu işi çox daha sürətli və asan bir şəkildə həyata keçirəcəyik. Bunların onsuz da bizim bu fəaliyyətimizə ən kiçik də olsa, dəyişiklikləri olmayacaq. Onlardan yardım istəmirik, kölgə salmasınlar, yetər. İnşallah Münbiçdəki qardaşlarımızı çox gözlətməyəcəyik".
Müxalifət.az