Ərdoğanla Putin razılaşdı: Suriya müzakirəsi...
30-05-2019 23:11
Baxış sayı:
6925

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbətində əsasan Suriyadakı mövcud siyasi vəziyyət müzakirə edilib.
Müzakirədə terror qruplaşmalarının zərərsizləşdirilməsi, İdliblə bağlı ikitərəfli fəaliyyətin daha da gücləndirilməsi, hərbi-texniki sahədə əməkdaşlıq və s. qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.
Liderlər qarşılıqlı təmasların davam etdirilməsi mövzusunda da razılığa gəliblər.