​“Real"ın 40 milyon avroluq transfer planı​

Baxış sayı:
10390

Çempionlar Liqasında arıdıcl 3-cü dəfə qalib olan "Real" transfer düyməsini basıb. "Kral klubu" "Real Sosyedad"dan Alvaro Odriosolanı transfer hədəfinə alıb. 22 yaşlı sağ cinah müdafiəçisinin keçidi üçün Madrid klubu 40 milyon avro ödəməyə hazırdır. Bu transfer reallaşsa, gənc futbolçu sağ cinahda Dani Karvahalla əsas heyət uğrunda mübarizə aparacaq. Əşrəf Hakimi isə "Rayo Valyekano"ya icarəyə veriləcək. Bu mövsüm sərgilədiyi oyunla diqqətləri özünə çəkən Odriosola "Real Sosyedad" yetirməsidir. O, İspaniya millisinin dünya çempionatına yollanacağı heyətdə yer alıb.