Rəşad Dağlı boşanma - XƏBƏRİNDƏN DANIŞDI

Baxış sayı:
15741

"Bu xəbər yalandır. Bilmirik bunu kim, nə məqsədlə yayıb. Amma şayiədən başqa bir şey deyil".
Muxalifet.az
xəbər verir ki, bu sözləri haqqında boşanma xəbəri yayılan meyxanaçı Rəşad Dağlının qardaşı Ağa Əmirov News24.az -a açıqlamasında deyib. 
O bildirib ki, yayılan xəbərin heç bir əsası yoxdur: "Qardaşım xanımı ilə bir yerdədir. Ailəsində də hər şey qaydasındadır. Rəşad tanınmış adamdır. Bir istəyəni varsa, beş də istəməyəni, gözü götürməyəni var. Bu xəbəri yayanlar qardaşımı istəməyəndir. Onların məqsədi Rəşadın ailəsində söz-söhbət salmaqdır".
Ağa Əmirov bildirib ki, boşanma haqda yayılan əsassız xəbərlər onun övladlarına çox pis təsir edib: "Qardaşımın iki balası var. 
Oğlu birinci sinifə gedir. Uşağın sinif yoldaşları var. İndi nə yazılsa internetdə çıxır. Uşaq da o xəbərləri oxuyur. Belə xəbərlər ona pis təsir edir, psixologiyasını pozur".
Ağa Əmirov Nailə Süleymanzadənin boşanma ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciətinin də yalan olduğunu bildirib: "Bu da uydurmadır. Başqa nə deyəcəklər? Ailə münaqişəsi-filan deyib camaatı inandırmaq istəyəcəklər də..."