Rəsmi Tiflis işğaldakı ərazilərin azad edilməsi üçün... - Çuqoşvili

Baxış sayı:
10390

Gürcüstan bu ilin noyabr ayından Avropa Şurasına sədrlik edəcək. Sədrlik dövründə quruma üzv ölkələrin ərazi bütövlüyü məsələsi Gürcüstan üçün prioritet olacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin sədrinin müavini Tamar Çuqoşvili məlumat verib.
Vitse-spiker deyib: “Bu il Gürcüstanın Avropa Şurasına tamhüquqlu üzvlüyünün 20 ili tamam olur. Bu, bizim üçün önəmli tarixdir. Avropa Şurasının 48 üzvü var. Bu dövlətlər rotasiya qaydasında Şuraya sədrlik edirlər. Gürcüstanın beynəlxalq təşkilata rəhbərliyi noyabr ayından başlayacaq. Biz bu fürsətdən ölkəmizin maraqları üçün istifadə edəcəyik".
T.Çuqoşvili bildirib ki, Gürcüstanın Avropa Şurasına sədrliyi dövründə dövlətlərin ərazi bütövlüyü məsələsi diqqət mərkəzində olacaq. Rəsmi Tiflis işğal altında olan ərazilərin azad edilməsi istiqamətində səylərini artıracaq. Ərazi bütövlüyü bizim üçün əsas problemdir.
Onun sözlərinə görə, Avropa ölkələrini Gürcüstanın nailiyyətləri ilə tanış etmək də əsas prioritetlərdən olacaq.