Ruhani haqqında ŞOK İDDİA: Britaniya kəşfiyyatından təlimat alır

"Həsən Ruhani Böyük Britaniyanın "Mİ6” Xarici Kəşfiyyat Xidmətindən təlimat alır”.
Muxalifet.az xəbər verir ki, bunu İran parlamentinin Məşhəd şəhərindən olan deputatı, qanunverici orqanın Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Kərimi Kuddusi iddia edir.
Onun söylədiklərinə görə, İran İnqilab Keşikçiləri Qvardiyası "Mİ6” ilə əməkdaşlıq edən şəxslə danışığını ona təqdim edib. Bu şəxs isə prezident Həsən Ruhanidir.
Məlumat üçün bildirək ki, hakimiyyətdaxili mühafizəkar xəttə yaxınlığı ilə tanınan Kərimi Kuddusi ötən ilin dekabrında etdiyi açıqlamada deyib: "İran parlamentinin 50 faizi mövcud hakimiyyətin yıxılmasını istəyir. 2009-cu ildəki fitnə hərəkatının da hədəfi hakimiyyətin yıxılması idi. Hazırda parlamentin 50 faizi pərdə arxasında fitnə hərəkatına liderlik edənləri dəstəkləyir”.