Ruhani İranlı iş adamlarını “mafiya” olmaqda ittiham etdi

Baxış sayı:
7138

İran prezidenti Həsən Ruhani ölkənin düşdüyü vəziyyətlə əlaqədar İranlı iş adamlarını ittiham edib.
 
"Mövcud şərtlər İran-İraq müharibəsi dövründən daha ağırdır" deyən Ruhani, bu sözləri söyləyib:
"Sanksiyaların başladığı ilk aylarda bəzi iş adamlarımız əsas qida məhsullarını gətirmək üçün hökumətdən aşağı faizlə dollar aldı, lakin istənən malı gətirmədi. Bunlar malı gətirmədiyi kimi, dolları da yüksək faizdən satdılar və öz xalqlarına zülmət etdilər. Bunlar bir cür “mafiya” kimi davrandılar və düşmənlərimiz də onlara kömək etdi".
Müxalifət.az