Rus biznesmenlər: Fəlakətli vəziyyətdir - SORĞU
22-05-2018 11:51
Baxış sayı:
7027

Rusiyadakı biznesmenlərin 76%-i ölkə iqtisadiyyatının vəziyyətini fəlakətli hesab edir.
Bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin sorğusundan sonra ortaya çıxıb. Sorğuda iştirak edən biznesmenlərin 59%-i vəziyyətlərinin 2017-ci ildə, 73%-i isə 2016-cı ildə pozulduğunu bildirib. Yalnız 12% şəxs 2017-ci ildə vəziyyətinin yaxşılaşdığını deyib.
45% biznesmen bundan sonrakı üç ildə iqtisadiyyatın normallaşacağına ümid etdiyini qeyd edib. Biznesmenlərin 23%-isə buna inanmadığını bildirib.