Rus jurnalist UKRAYNADA ÖLDÜRÜLDÜ

Baxış sayı:
7957

Rusiya vətəndaşı, jurnalist Arkadiy Babçenkonun Ukraynanın paytaxtı Kiyevdəki evində kürəyindən silahla vurularaq öldürüldüyü bildirilib.
 
Ukrayna Daxili İşlər Nazirliyindən edilən açıqlamada, Babçenkonun evində silahlı təcavüzə məruz qaldığı və kürəyindən vurulduğu qeyd olunub. Rusiya vətəndaşı olduğu bildirilən Babçenkonun təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda həyatını itirdiyi bildirilib.
Təcavüzün günahkarı haqqında hələlik bir məlumat verilməyib, polisin hadisə ilə bağlı araşdırma başladığı qeyd edilib.
Jurnalist Babçenko, 2017-ci ildə Rusiyanı tərk etmiş və Kiyevə yerləşmişdi. Müxtəlif qəzet və televiziyalarda çalışan Babçenko, son olaraq Kiyevdə Krım Tatarlarının televiziyası “ATR”-də öz proqramını təqdim edirdi.
Müxalifət.az