Rus jurnalistin öldürüldüyü açıqlanmışdı: CANLI YAYIMA QATILDI

Dünən Ukraynada öldürüldüyü açıqlanan Rus jurnalist Arkadİy Babçenkonun ölmədiyi bəlli olub.
Ukrayna Təhlükəsizlik Xidməti, sui-qəsd əmrini Rus xüsusi xidmət orqanlarının verdiyini və bunun üçün 40 min dollar ödəndiyini irəli sürüb. Qəflətən canlı yayıma qatılan jurnalist Babçenko isə Ukrayna Təhlükəsizlik Xidmətinə həyatını xilas etdikləri üçün təşəkkür edib. Əməliyyatın 2 aydır planlaşdırıldığını bildirib.
Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə dünən, Putin əleyhdarı Rus jurnalist Arkadiy Babçenkonun vurularaq öldürüldüyü açıqlanmış, Ukrayna rəhbərliyi məsələ ilə bağlı Rusiya günahlandırmışdı.
ÖLMƏDİYİ ORTAYA ÇIXDI
Babçenkonun ölmədiyi ortaya çıxıb. Canlı televiziya yayımına qatılan Babçenko, Ukrayna Təhlükəsizlik Xidmətinin həyatını xilas etdiyini və əməliyyatın 2 aydır planlaşdırıldığını deyib.
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri tərəfindən edilən açıqlamada, Rusiyanın Babçenkoya sui-qəsd təşkil edəcəyinə dair məlumat aldıqlarını və bunu əngəlləmək üçün çalışdıqlarını deyib.
Ukraynalı səlahiyyətli, Rus xüsusi xidmət orqanlarının sui-qəsd əmrini verdiyini və bir Ukrayna vətəndaşına sui-qəsd üçün 40 min dollar ödəndiyini açıqlayıb. Nəzarətə alınan şübhəlinin sui-qəsdi həyata keçirmək üçün silah və sursat satın almaq istədiyi bildirilib.
Müxalifət.az