Rus milyarderə Britaniyada şok qadağa

Baxış sayı:
1738

Rusiyalı iş adamı və “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçin Böyük Britaniya vizasının müddəti uzadılmayıb.
 
Axar.az xəbər verir ki, bu barədə “Bell” nəşri yazıb.
 
Məlumata görə, məhz bu amil Abramoviçi komandasının “Mançester Yunayted”lə İngiltərə kubokunun final matçını izləməkdən məhrum edib. Onun vizasının müddəti artıq 3 həftə əvvəl bitib və ona yeni viza verilməyib.