RUS OLİQARX 156 MİLYON DOLLARLI YAXTASINI BU LİMANDA GİZLƏDİBMİŞ… - Martın 6-dan transponderi söndürülmüşdü…

Rusiya Dövlət Dumasının deputatı, milyarder Andrey Skoçun ABŞ-ın sanksiyalar siyahısına daxil edilən 156 milyon dollar dəyərində 98 metrlik “Madame Gu” yaxtası martın 25-dən Dubayın Rəşid limanında dayanıb.
Qafqaz.media “Associated Press”ə (AP) istinadən xəbər verir ki, onun transponderi martın əvvəlindən söndürülüb.
Nəşr yazır ki, bu hadisə rus oliqarxlarının Qərbin sanksiyalarına baxmayaraq, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) öz aktivlərini necə gizlətdiyini göstərir.
Əvvəllər yaxta Kayman adalarında qeydiyyatdan keçmişdi və limanda BƏƏ bayrağı altında üzürdü. Peyk görüntülərinə görə, yaxta martın 25-dən Dubaydadır, yerini izləmək üçün transponder isə martın 6-da söndürülüb.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan Avropa Birliyi, Böyük Britaniya və digər ölkələr tərəfindən Skoça qarşı məhdudiyyətlər tətbiq edilib. İyun ayında ABŞ deputat “Madam Qu”-nun yaxtasını da sanksiyalar siyahısına daxil edib.
Qafqaz.media