Rus əsgərləri çəkiləcək, TSQ girəcək: AFRİNDƏN SONRA ORA VAR

“Zeytun Budağı” hərəkatının başlaması ilə birlikdə Rus əsgərlərinin çəkildiyi bölgə olan Tel Rifat, hərəkatın hədəfləri çərçivəsində yerləşir. TSQ, Rusiya ilə 24 saat ərzində əlaqədədir və Afrin mərkəzindən sonra Rus əsgərləri bu regiondan çəkiləcək.
Bu günə qədər “Zeytun Budağı” hərəkatının dəqiq sərhədləri bildirilmədiyindən bu gün əsas sual doğuran məsələlərdən biri də məhz budur.
İlk günlərdə baş nazir Binalı Yıldırımın açıqladığı "30 kilometr dərinliyə enəcəyik" deyə bir açıqlamasıvar, ancaq yenə də hərəkatın yekun hədəfinə dair konkretlik ifadə etmir.
Afrin hərəkatının yekun hədəfi ilə bağlı Haber7.com kiçik bir araşdırma aparıb.
Həm hökumətdə, həm də təhlükəsizlik xidmətində olan bir neçə şəxsin verdiyi məlumat, hərəkatın məzmununu anlamaq üçün yetərli oldu.
TEL RİFAT DA HƏDƏF ÇƏRÇİVƏSİ İÇƏRİSİNDƏDİR
“Zeytun Budağı” hərəkatının “Fərat Qalxanı” ilə ələ keçirilən torpaqlardan bir miqdar daha çox olduğunu dilə gətirən sözügedən rəsmilər, Afrinin cənub-şərqindəki Tel Rifat şəhərinin də YPG-dən azad ediləcəyini deyib.
Bu, çox önəmli məlumatdır. Çünki Tel Rifatın hədəf çərçivəsinə alınması, Suriyanın şimal-qərbində PKK/YPG-nin əlində olan torpaq parçasının hamısının azad edilməsi anlamına gəlir.
Tel Rifatı, Afrin mərkəzindən sonra PKK/YPG-nin son qalası hesab etmək yanlış olmayacaq.
Bu şəhərin də alınması, terror təşkilatının Menbiçdən başqa, Fəratın qərbindən tamamilə çıxması anlamına gəlir.
Tel Rifatın YPG-dən azad olunması da hədəf çərçivəsində olduğuna görə, əməliyyatın sonrakı dövrlərində bu şəhərdəki Rus qoşunları buradan ayrılaraq rejimin nəzarətindəki torpaqlara çəkiləcəklər.
Bu nə mənaya gəlir?
Bu an üçün YPG-nin nəzarəti altında olan bölgələrdə artıq tək bir rus əsgərinin qalmayacağı anlamına gəlir.
Müxalifət.az