Rusiya bəyan etdi: İSRAİL RAKETLƏRİNİN YARISI..

Baxış sayı:
6175

Suriya və ətrafındakı İran-İsrail gərginliyi artaraq davam edir. İsrail, Suriyanın cənubundakı Kuneytra rayonuna bağlı Baas və Hadar bölgələrinə tank atəşləri və havadan hücum həyata keçirib. İsrail ordusundan edilən yazılı bəyanatda isə İran İnqilab Keşikçiləri Ordusuna bağlı “Qüds Qüvvəsinin” Suriyadan İsrailin işğalı altındakı Holan Təpələrindəki bazalarına doğru iyirmiyədək raket atdığı qeyd olunub. İsrail müdafiə naziri Aviqdor Liberman, Suriyadakı bütün İran hərbi bazalarının və infrastrukturunun vurulduğunu bildirib: “Ümid edirəm ki, bu hissə sona çatmışdır”. Liberman, heç bir İran raketinin İsrail nəzarətindəki sahəyə düşmədiyini iddia edib. Rusiya və Fransa, İran və İsrailə təzyiqi salma çağırışı edib.
 
Bu arada Rusiya Müdafiə Nazirliyi də İsrailin qurudan və hücumu haqda məlumat paylaşıb. 50-dən çox nöqtənin bombalandığını bildirən Rusiya Müdafiə Nazirliyi, İsrailin Suriyaya atdığı raketlərdən yarısından çoxunun Suriya hava müdafiə sistemləri tərəfindən havada zərərsizləşdirildiyini bildirib.
Müxalifət.az