Rusiya döyüş təyyarələrinə görə HƏRƏKƏTƏ KEÇDİ
29-07-2019 16:52
Baxış sayı:
4594

Rusiya SU-57 beşinci nəsil döyüş təyyarələrinin kütləvi istehsalına başlayıb.
Muxalifet.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sənaye və ticarət naziri Denis Manturov danışıb.
Nazir bildirib ki, Müdaifə Nazirliyi ilə 70-dən çox təyyarənin təminatını almaq üçün müqavilə imzalanıb.
İlk prototip uçuşunu 2010-cu ildə edən SU-57 döyüş təyyarəsi ABŞ-ın F-35 döyüş təyyarəsinin ən böyük rəqibi kimi tanınır.