Rusiya ilə NATO müharibə edərsə... “Nüvə silahına əl atacağıq”

Baxış sayı:
6223

 Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının direktor müavini Konstantin Sivkov Rusiyada dərc olunan bir jurnal üçün qələmə aldığı məqalədə, Rusiyanın NATO və ABŞ-la müharibəyə girdiyi təqdirdə müharibənin gedişini dəyərləndirib.
 
Rusiya ordusunun yalnız üçüncü ölkə ərazisində lokal müharibə başladığı təqdirdə ABŞ və NATO qoşunlarına say və təchizat baxımından uğurla müqavimət göstərəcəyini bildirən Konstantin Sivkov, bu halda NATO-nun ən çox 2500 təyyarə, 1500 vertolyot və 600 İHA-dan ibarət bir birlik yarada biləcəyini və ən çox 2500 kruz raketi ata biləcəyini qeyd edib.
 
Rusya lokal müharibə üçün yetərlidir
 
Rus mətbuat orqanı Sputnik-də yer alan xəbərə görə, sözügedən NATO qüvvələrinin 2-3 həftə ilə 2-3 ay arası davam edəcək hava hərəkatlarına qoşula biləcəyi və bir neçə hava hərəkatı reallaşdıracağını nəzərdə tutan Rus mütəxəssis, bu ifadələri işlədib:
“NATO-nun hava hərəkatları 3-5 gün davam edəcək və bu zaman ən çox 9 intensiv raket hücumu təşkil olunacaq. Bu hücumların uğurla dəf olunması üçün əsas amil bütün yüksək hündürlükdə radar meydançalarında müharibə sabitliyinin yaradılması və davam etdirilməsidir. Rus ordusunun ABŞ və müttəfiqləri ilə lokal müharibəyə başlamaq üçün yetərli sayda ağır qırıcı təyyarələrinə, döyüş təyyarələrinə, strateji təyyarələrə və döyüş vertolyotlarına malik olduğunu düşünürəm".
 
Yüngül döyüş təyyarəmiz və radar sistemləri yetərsizdir
 
 Bununla birlikdə Rusiyanın yüngül qırıcı təyyarə, uzun mənzilli təyyarə və kəşfiyyat təyyarəsi ilə uzun mənzilli radar müşahidə və komandanlıq sistemləri və yük vertolyotları baxımından yetərli gücə sahib olmadığını bildirən Sivkov, sözlərini belə davam etdirib:
“Uzun müddətli qlobal müharibə vəziyyətində Rusiya təyyarə, vertolyot və hərbi təchizat baxımından üstün vəziyyətdə olan NATO qoşunlarına uzun müddət müqavimət göstərəcək gücdə deyil. Ancaq bu ssenaridə Rusiyanın nüvə arsenalı yardıma gələcək. Ordumuzun dağılma, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün pozulması təhdidi yaranarsa, hücumları dayandırmaq üçün nüvə silahlarına müraciət edərik".
Müxalifət.az