Rusiya narahatdır: ABŞ əlavə qoşun göndərir
13-06-2019 20:50
Baxış sayı:
8512

Rusiya hərbçiləri ABŞ-ın Polşaya əlavə hərbi kontingent yerləşdirməsi planını analiz edir və ölkəmizin təhlükəsizliyi ilə bağlı tədbirlər görür.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
“Hərbçilərimiz məsələni diqqətli şəkildə izləyir. Onların ölkəmizin təhlükəsizliyi üçün çalışdığından heç kimin şübhəsi olmasın”, - deyə sözçü bildirib.
Qeyd edək ki, ABŞ-ın Polşaya PUA-lar daxil olmaqla, əlavə hərbi texnikalar, canlı qüvvə yeridəcəyi barədə məlumatlar yayılmışdı.