“Rusiya nüvə sınağı həyata keçirdi” - PENTAQONDAN ŞOK İDDİA

Baxış sayı:
6337

ABŞ-ın Müdafiə Nazirliyi Rusiyanın nüvə sınağı həyata keçirdiyini irəli sürüb.
 
Pentaqonun Kəşfiyyat qurumu Rusiyanın nüvə sınaqları həyata keçirdiyini irəli sürüb. Rusiyadan təpki cavabı gecikməyib.
“Amerikanın Səsi”ndə (VOA) yer alan xəbərə görə, Amerika Rusiyanın aşağı səviyyəli nüvə testi reallaşdırdığına inanır. Açıqlama Amerika Müdafiə Nazirliyinin Kəşfiyyat qurumundan verilib. Hudson İnstitutundan təşkil edilən silahların yoxlanması mövzulu bir forumda çıxış edən Pentaqonun Kəşfiyyat İdarəsinin rəhbəri general-leytenant Robert P. Aşley, "Amerika Rusiyanın nüvə sınaqları mövzusundakı moratoryuma sıfır dözümlülük standartında uyğun gəlmədiyinə inanır", - deyib.
General-leytenant Aşley Rusiyanın söz mövzusu razılaşmadakı sıfır dözümlülük sərhədlərini aşan xüsusiyyətdə nüvə sınaqları edə biləcək tutuma sahib olduğunu söyləyib.
Rus rəhbərliyindən söz mövzusu açıqlamalara yönəlik hər hansı bir açıqlama verilməyib, ancaq Rus Parlamentinin aşağı palatası olan Dumanın Müdafiə Komitəsinin rəhbəri Vladimir Şamanov “İnterfax” Xəbər Agentliyinə etdiyi qiymətləndirmədə, "Bundan daha məsuliyyətsizcə bir açıqlama edilə bilməzdi. Nüvə testləri gizli şəkildə edilə bilməz" deyib.
Şamanov ayrıca Amerika rəhbərliyini tənqid edib: "Bu tərz açıqlamalar Amerika ordusundakı peşəkarlığın sistematik olaraq enişdə olduğunu göstərir".
Qeyd edək ki, Amerikanın Orta Mənzilli Nüvə Qüvvələri Razılaşmasından çəkiləcəyini bəyan etməsindən sonra Rusiya da keçən ay razılaşmanı təxirə saldığını elan etmişdi. Amerika razılaşmadan çəkilmə səbəbini Rusiyanın razılaşmanı pozması olaraq açıqlamışdı. Rusiya bu iddiaları rədd etdi.

Müxalifət.az