Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Bakıya gəldi

Baxış sayı:
15189

Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovu qəbul edib.

Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytı bildirir.

Valeri Gerasimov habelə Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla danışıqlar aparıb. Görüşlərin gedişində beynəlxalq və regional təhlükəsizlik problemləri, habelə ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələləri, müdafiə nazirlikləri arasında Xəzərdə əməkdaşlıq müzakirə olunub.

Muxalifet.az